Rusiya ABŞ Prezidenti Co Bayden və Dövlət katibi Entoni Blinkenə sanksiya tətbiq edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bu il martın 15-dən Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərinin ABŞ-a girişini qadağan edən bir sıra görünməmiş sanksiyalara cavab olaraq Rusiya “stop siyahısı”na qarşılıqlılıq əsasında Prezident Co Bayden, Dövlət katibi Entoni Blinken, müdafiə naziri Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri M. Milley, habelə bir sıra departament rəhbərləri daxil edilib.
Əks cavab olaraq atılan bu addım hazırkı ABŞ administrasiyasının son dərəcə rusofob kursunun qaçılmaz nəticəsi idi.
Eyni zamanda, milli maraqlarımıza cavab verən rəsmi münasibətləri saxlamaqdan imtina etmirik, lazım gələrsə, “qara siyahı”ya düşən şəxslərin statusundan irəli gələn problemləri həll edəcəyik ki, təmaslar yüksək səviyyədə təşkil olunsun”.
Aşağıda “stop siyahısı”na daxil edilmiş ABŞ vətəndaşlarının siyahısı verilib:
1. Cozef Bayden (Cozef Robinette Bayden) – ABŞ Prezidenti;
2. Entoni Blinken (Entoni Con Blinken) – ABŞ-ın Dövlət katibi;
3. Lloyd Ostin (Lloyd James Austin III) – ABŞ-ın müdafiə naziri;
4. Mark Milley (Mark Alexander Milley) – ABŞ-ın qərargah rəisləri birləşmiş komitəsinin sədri;
5. Ceykob Sallivan (Jacob Jeremiah Sullivan) – ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi;
6. William Burns (William Joseph Burns) – MKİ-nin direktoru;
7. Cennifer Psaki (Cennifer Rene Psaki) – Ağ Evin mətbuat katibi;
8. Daleep Singh – ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini;
9. Samanta Ceyn Pauer – Beynəlxalq İnkişaf Agentliyinin direktoru;
10. Hunter Bayden (Robert Hunter Biden) – ABŞ prezidentinin oğlu;
11. Hillari Klinton (Hillari Dayan Rodham Clinton) – ABŞ prezidentliyinə keçmiş namizəd;
12. Adewale Adeyemo – maliyyə nazirinin birinci müavini;
13. Reta Co Lyuis – İxrac-İdxal Bankının prezidenti və Direktorlar Şurasının sədri.
Yaxın gələcəkdə rusofob əhval-ruhiyyəli, ya da Rusiyaya qarşı nifrətin qızışdırılmasına və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə töhfə verən ABŞ-ın yüksək səviyyəli rəsmiləri, hərbçiləri, qanunvericiləri, iş adamları, ekspertlər və media adamlarının daxil edilməsi ilə sanksiyalar siyahısını genişləndirmək haqqında yeni elanlar veriləcək.
Bu tədbirlər Rusiya Federasiyası Hökumətinin Rusiya iqtisadiyyatını qorumaq və onun davamlı inkişafını təmin etmək üçün maliyyə, bank və digər sahələrdə qəbul etdiyi genişmiqyaslı qərarlarla birlikdə həyata keçiriləcək.