21 C
Baku
Saturday, September 28, 2024

Ağcabədi, Ucar və Laçın rayonlarına yeni prokuror təyin edilib

Ağcabədi, Ucar və Laçın rayonuna yeni prokuror təyin edilib.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru,  İlkin Mustafayev Ucar rayon prokuroru və İlqar Səadətov isə Laçın rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər