6 C
Baku
Saturday, December 14, 2024

Bu ay üzrə sosial təminat növləri üzrə bütün sosial ödənişlər yekunlaşıb

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün ödənilib.

Bu barədə Nazirlikdən bildirilib.

Vətəndaşlar həmin sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl martın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, martın 16-da ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

 

Son xəbərlər
Digər xəbərlər