10 C
Baku
Saturday, November 23, 2024

“Azərtütün”ün əsas səhmdarı nizamnamə kapitalını kəskin artırıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən il oktyabrın 15-də elan etdiyi, “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi “Tabaterra Leaf” QSC nizamnamə kapitalını kəskin artırıb.

Bu barədə nazirlik yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin kapitalı 5 min manatdan 11 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Tabaterra Leaf” ötən il aprelin 20-də dövlət qeydiyyatına alıb. Azərbaycanın aparıcı siqaret istehsalçısı “Tabaterra” QSC-yə yaxın şirkət Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. Kommersiya qurumunun qanuni təmsilçisi olan Elman Bəşir oğlu Cavanşir həm də “Tabaterra”nın direktorudur.

Sözügedən investisiya müsabiqəsinin nəticəsi ötən il noyabrın 18-də açıqlanıb. Noyabrın 25-də “Tabaterra Leaf”lə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6,4 milyon manat pul köçürməyi, ümumi dəyəri 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.

Müsabiqə qalibi investisiyaları 1 il ərzində yatırmağı, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yeri yaratmağı planlaşdırır.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər