11 C
Baku
Tuesday, November 26, 2024

Unibank-la Afrikanı nə birləşdirir?

Yay tətilini çox rahatlıqla dünya səyahətinə həsr edə bilərsiniz. Əgər yanınızda düzgün seçim etdiyiniz bank məhsulu, xidmətinizdə dayanan etibarlı bankınız varsa, dünya turunuz əla keçəcək deməkdir. Dünyanın ən ucqar ölkəsində səyahətdəsiniz və  Unibank-a zəng etmək istəyirsiniz. Artıq cəmi bir neçə dəqiqə ərzində və  pul xərcləmədən  bankın məhsul və xidmətləri haqqında istədiyiniz məlumatı ala bilərsiniz. Hər zaman müştərilərinin rahatlığını və məmnunluğunu düşünən Unibank, Məlumat mərkəzində Uniskype xidmətini istifadəyə verdi.

Vətəndaşlar istər ölkə xaricində, istərsə də Azərbaycan ərazisində çox qısa müddətə Skype proqramı vasitəsi ilə bankla (Uniskype.unibank) interaktiv əlaqə yaradıb, suallarına cavab ala biləcəklər. İstənilən bank əməliyyatlarının təsdiqlənməsi, kredit və depozit xidmətləri haqda geniş məlumat, kartın blokdan azad olunması kimi və bir çox digər məlumatların əldə olunması  artıq bu xidmət sayəsində Unibank müştəriləri üçün çox əlverişli  və asan oldu. Xatırladaq ki, Unibank-ın məlumat mərkəzinin mütəxəssisləri ilə həmçinin digər vasitələrlə də əlaqə saxlamaq mümkündür:

  • (+994 12) 4982244, 117 nömrələrinə zəng edərək;
  • “Albalı Plus” mobil əlavəsini yükləyərək;
  • [email protected] elektron ünvanına məktub yazaraq;
  • az  saytında “Geri zəng” xidmətindən istifadə edərək;
  • Onlayn- Konsultasiya xidmətinə qoşularaq;
  • facebook.com/unibank.az və  https://twitter.com/unibank səhifələrindən.

Unibank- hər kəsin  bankı!

Son xəbərlər
Digər xəbərlər