1 C
Baku
Saturday, December 14, 2024

Şirkət müştəridən pulunu ala bilmir – 200 min manatlıq iddia

Bakıda şirkət direktoru müştərinin ona 200 min manat “atdığını” iddia edib.

Bununla bağlı “Dashyunu” MMC-nin direktoru, 31 yaşlı Tural Allahverdiyev polisə müraciət edərək ərizə yazıb.

O bildirib ki, 2021-ci il may ayında Mingəçevir sakini, 1976-cı il təvəllüdlü Zaur Mirzəyev onu aldadaraq 200 min manatlıq sement alıb.

Direktor iddia edib ki, Z.Mirzəyev hələ də sementlərin dəyərini ona ödəməyib. Araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər