15 C
Baku
Sunday, November 24, 2024

Rusiya-Ukrayna müharibəsinin 29-cu günü

20:00 – BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib

Sənəd Ukraynadakı hazırkı böhrana görə məsuliyyəti Rusiyanın üzərinə qoyur.

19:50 -ABŞ Rusiyanın Dövlət Duması, onun 328 deputatı və “Sberbank”ın rəhbəri German Qrefə qarşı sanksiyalar tətbiq edib.

O cümlədən, “Sovcombank”ın idarə heyətinin 17 üzvünə və Rusiya hərbi-sənaye kompleksinin 48 şirkətinə qarşı sanksiyalar tətbiq edilib

18:55 “Moskva bizdən qəbul edilməz güzəştlər istəyir. Həmin tələblər cəfəngdir”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

“Bizi bu məsələlər maraqlandırır: Ukraynanın təhlükəsizlik zəmanətləri, Krım və Donbas da daxil olmaqla ərazi bütövlüyümüzün tanınması, atəşkəsə nail olmaq və rusların ölkəmizdən çıxması.

18:43 – Fransa hakimiyyəti rus oliqarxlarının 800 milyon dollarlıq aktivlərini dondurub

17:27 -Ağ Ev: ABŞ 100 minə qədər Ukrayna müharibəsi qaçqını qəbul edəcək.

17:25 -“The Washington Post” yazır ki, ABŞ və Avropalı müttəfiqlər mayeləşdirilmiş təbii qaz (LNG) nəqlinin ABŞ-dan Avropaya yönləndirilməsi barədə razılığa gəliblər.

16:58 -ABŞ bütövlükdə Dövlət Dumasına qarşı sanksiyalar tətbiq edib.

14:48 – “Western Union” Rusiyada pul köçürmələrini dayandırıB

13:55 -Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb

13:35 – NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti başlayıb

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər

12:40 – Apple Rusiyanın MİR ödəniş sistemi dəstəkləri bank kartlarını Apple Pay’ə əlavə etməyi qadağan etdi

12:18 -Ukraynanın müdafiə naziri: “Rusiyanın itkisi 40 min nəfərdən çoxdur”

12:00 – Ukrayna silahlı qüvvələri Mariupol şəhərinin mərkəzinə və “Azovstal” zavodunun bir hissəsinə nəzarəti özlərində saxlayırlar

11:00 – Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin İzyum şəhərini tam nəzarətə götürüb.

10:21 -Moskva birjası fəaliyyətini bərpa edir

9:25-Ukrayna silahlı qüvvələri Mariupol şəhərinin mərkəzinə və “Azovstal” zavodunun bir hissəsinə nəzarəti özlərində saxlayırlar.

8:33– Rusiyada Ukraynadakı hərbi əməliyyatın gedişi ilə bağlı yalan məlumatlara çıxışı təmin etdiyinə görə “News.Google” internet xidmətinə məhdudiyyət qoyulub

8:22NATO Rusiyanın itkilərini açıqlayıb

NATO-nun hesablamalarına görə, Ukraynada 4 həftə davam edən müharibədə 7-15 min arası rus əsgəri həlak olub.

8:25 -Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər

6:18 -“Nestle” Rusiyada məşhur brendlərinin işini dayandırıb

  Şirkəti “KitKat” və “Nesquik” brendlərini Rusiya bazarından çıxarmaq qərarına gəlib

5:49 -Vyetnam Hava Yolları Rusiyaya uçuşları dayandırıb

4:22 – BMT: Ukraynada 977 mülki şəxs həlak olub, 1 600-yə yaxın insan yaralanıb

2:50Bu gün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq

Sanksiyalar siyasi xadimlər və iş adamlarına, həm də müxtəlif strukturlara şamil olunacaq

2:30 – “Fitch” Rusiya şirkətlərinin reytinqini ləğv edir

1:52 – Böyük Britaniya Ukraynaya əlavə hərbi yardım ayıracaq.

1:50 – Pentaqonun məlumatına görə, Ukrayna ordusu Rusiya qüvvələrinin bir hissəsini Kiyevdən 25 kilometr geri çəkib. Rus qoşunları Kiyevin mərkəzindən 55 kilometr şərqdə, bir gün əvvəl olduqları yerdən 25-35 kilometr uzaqdadır.

00:28 – Fransanın avtomobil istehsalçısı “Renault” Moskvadakı zavodunda fəaliyyətini dayandırıb

00:15 – Rusiya və Belarus üzgüçüləri beynəlxalq yarışlardan kənarlaşdırıldı Beynəlxalq

Üzgüçülük Federasiyası (FINA) Rusiya və Belarus idmançılarını 2022-ci ilin sonuna qədər təşkilatın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb. İyunun 18-dən iyulun 3-dək Budapeştdə keçiriləcək su idman növləri üzrə dünya çempionatında bu ölkələrin təmsilçiləri mübarizə apara bilməyəcəklər. Həmçinin, dekabrın 17-22-də Kazanda keçirilməsi nəzərdə tutulan üzgüçülük üzrə dünya çempionatının təşkilli hüququ da Rusiyadan alınıb.

00:03 – “Çin Ukraynadakı müharibədə Rusiyaya hərbi yardım göstərməyib. Hələ ki, kömək etməsini sübut edən edən bir dəlil də yoxdur” – ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan

Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər