Martın 28-dən etibarən Polşada tibbi maska ilə bağlı tələb ləğv edilir.
Bunu ölkənin səhiyyə naziri Adam Nedzelski deyib.
Onun sözlərinə görə, ölkə ərazisində maska rejimi yalnız tibb müəssisələrində qüvvədə qalacaq.
Eyni zamanda həmin tarixdən etibarən Polşaya gələn xarici vətəndaşlar üçün karantin tələbi də aradan qaldırılır.