7 C
Baku
Sunday, December 15, 2024

Bakıda un məmulatları müəssisəsinin gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb

Bakının Nəsimi rayonunda Hüseynbala Əliyev küçəsi, ev 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Servet Akkuşa məxsus “Kardeşler” un məmulatları ictimai iaşə müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə, temperatur rejiminə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkar olunub.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-dan bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb.

aqtaa

aqtaa

Son xəbərlər
Digər xəbərlər