11 C
Baku
Monday, November 25, 2024

İsveçdə ikili interfeysli ödəniş kartı yaradıldı

Mobil sənayenin identifikasiya və təhlükəsizlik xidmətləri provayderi Oberthur Technologies (OT) ICA Banken isveç bankı ilə birgə İsveçdə iki interfeysli ilk ödəniş kartını yaratmışlar.

ICA Banken və OT yaxın gələcəkdə ikili interfeysli 500 min kart buraxacaq. Qeyd edək ki, bu kartlar ICA Banken müştəriləri üçün əlçatan olacaq.

Yeni ödəniş kartı təmassız texnologiyaya əsaslanan daha inkişaf etmiş sistemə sahibdir.

Qeyd edək ki, keçən il OT şirkəti ikili interfeysli yeni MasterCard kartı yaratmışdı.

Son xəbərlər
Digər xəbərlər