11 C
Baku
Monday, November 25, 2024

Nəhəng bank Blockchain texnologiyasını sınaqdan keçirir

Böyük Britaniyanın  nəhəng banklarından biri Barclays gündəlik bank əməliyyatları üçün Bitcoin və digər kriptovalyuta əsasında yaradılmış texnologiyadan istifadəni sınaqdan keçirir.

Business Insider nəşrinin verdiyi məlumata görə, bank yeni layihə çərçivəsində isveç start-upı Safello ilə müqavilə bağlamışdır. İndi hər iki şirkət birlikdə Blockchain texnologiyasından ənənəvi maliyyə sahəsində necə istifadə etməyin mümkünlüyünü araşdıracaq.

Blockchain Bitcoin də daxil olmaqla bir çox kriptovalyuta əsasında yaradılmış texnologiyadır. Bu texnologiya əməliyyatları yerinə yetirir və avtomatik olaraq mərkəzləşdirilmiş uçot yaradır. Yəni kimin rəqəmsal valyuta ilə nə qədər ödəniş etdiyi barədə məlumatları qeydə alır.

Son xəbərlər
Digər xəbərlər