13 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstan Rusiyaya qarşı sanksiyalardan yayınmaq aləti olmaqdan imtina edib

Qazaxıstan ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarından yayınmaq üçün alətə çevrilməyəcək.

Banker.az “Haqqın.az”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Timur Süleymenov “Euractiv” xəbər portalına müsahibəsində bildirib.

“Biz sanksiyalara əməl edəcəyik. Rusiya, Belarus və digər ölkələrlə iqtisadi birliyin üzvü olmağımıza baxmayaraq, beynəlxalq ictimaiyyətin də bir hissəsiyik. Ona görə də ən son istədiyimiz şey Qazaxıstanın da ABŞ və Aİ-nin sanksiyalarına məruz qalmasıdır”, – deyə Timur Süleymanov söyləyib.

Son xəbərlər
Digər xəbərlər