“AzFinance İnvestisiya Şirkəti” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vergi borcu 8 458 manatdır.
Qeyd edək ki, bu şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 milyon 550 min manatdır və qanuni təmsilçisi İntiqam Səfərəliyevdir.