Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 08.06.2022-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 6 ünvanında yerləşən Hyatt Regency Otelin Quba zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı zalın foyesində saat 08:45-dan 09:45-dək aparılacaqdır.
Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 08.06.2022-ci il tarixdə keçiriləcək Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Holcim (Azərbaycan) ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin seçilməsi;
2. Holcim (Azərbaycan) ASC-nin 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi;
3. 2021-ci ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi;
4. Holcim (Azərbaycan) ASC-nin Təftiş Komissiyasına üzvün təyin edilməsi;
5. Holcim (Azərbaycan) ASC-nin nizamnaməsinə əlavələrin təsdiq edilməsi;
6. Holcim (Azərbaycan) ASC və Holcim International Finance LTD arasında borc müqaviləsinin müddətinin uzadılması.