15 C
Baku
Sunday, November 24, 2024

Şəmkirdə kafe cərimələnib

2022-ci il aprelin 10-da ölkə üzrə 172 ictimai iaşə obyektində 317 monitorinq keçirilib. Monitorinqlərin məqsədi pandemiya sahəsində qanunvericiliyin icrasına nəzarət etmək olub.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Xətai rayonu, Hadi küç., ev 51 ünvanında yerləşən, fiziki şəxs Ağamətov Xəlil Gülmət oğluna məxsus “Qızıl Ay” restoranı;

2. Şəmkir şəhəri, Şəmkir rayonu, Həzi Aslanov küç., ev 20 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Fəxri Ziyad oğluna məxsus “Annenfeld” kafesi.

Agentlikdən bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər