10 C
Baku
Thursday, December 12, 2024

Pakistanın Baş naziri hökumətin yeni siyasi kursunu açıqlayıb

Pakistanın yeni seçilmiş Baş naziri Şahbaz Şərif ölkəsinin Türkiyə ilə dostluq əlaqələrinə malik olduğunu və rəsmi Ankara hər zaman İslamabadın yanında yer aldığını bildirib.

Bu barədə xarici mətbuat xəbər verir.

Pakistanın 23-cü hökumət başçısı ölkəsinin strateji tərəfdaşları və dostları tərəfindən tərk edildiyini və həmin dövlətlərin Kəşmir məsələsində səssiz qaldığını əsas gətirərək, İmran Xan hökumətinin xarici siyasətini tənqid edib.

Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əhəmiyyətli irəliləyiş əldə etdiyini müdafiə edən Şərif deyib: “Kəşmir məsələsində Türkiyə hər zaman Pakistan və Kəşmir xalqının arxasında dayanıb. Türkiyə hər zaman kəşmirlilərin arxasında dayanıb”.

“Türkiyə ilə Pakistanın ayrılmaz bağları var”, – Şərif vurğulayıb.

Çinin yaxşı və pis gündə Pakistanın müttəfiqi olduğunu vurğulayan Baş nazir Pekinlə münasibətlərin yaxşı olmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, əvvəlki hökumət Çin və Pakistan arasındakı dostluğu zəiflətməyə çalışıb. Baş nazir Çin-Pakistan dostluğunu heç kimin poza bilməyəcəyini vurğulayıb.

Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğulayaraq, ABŞ-la münasibətlərin bərabərlik əsasında gücləndirilməsinin vacibliyini bildirib.

Son xəbərlər
Digər xəbərlər