12 C
Baku
Tuesday, October 1, 2024

Azərbaycan və Qazaxıstan arasında logistika və müştərək layihələrin icrasına dair saziş imzalanıb

Azərbaycan və Qazaxıstan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzərindən multimod daşımalarının daha da inkişaf etdirilməsini müzakirə ediblər.

Müzakirələr “Qazaqstan Temir Joly” (QTZ) SC-nin idarə heyətinin sədri Nurlan Səurənbayev ilə “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov arasında keçirilən görüşdə aparılıb.

Tərəflər həmin marşrut boyu ötürücü qabiliyyətinin artırılması, tranzit vaxtının azalması zərurəti qeyd olunub.

Görüşün sonunda logistika və müştərək layihələrin icrasına dair əməkdaşlıq sazişi imzalanıb.

2021-ci ildə TITR vasitəsilə daşımalar 586,2 min ton, konteyner daşımaları isə 25 270 TEU təşkil edib. Cari ilin birinci rübündə marşrut üzərindən 266,3 min ton yük daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 123 % çoxdur. Konteyner daşımaları da 5 847 TEU, yəni ötən ilin müvafiq dövrünə nisbətən 19 % çox olub.

Son xəbərlər
Digər xəbərlər