Türkiyə Mərkəzi Bankının Pul komitəsi faiz dərəcəsina dair qərar qəbul edib.
Banker.az xəbər verir ki, qərara əsasən bir həftəlik repo əməliyyatları üzrə faiz dərəcəsi 14% olaraq dəyişməz qalıb.
Faizin aşağı faiz həddi 12.50%, yuxarı həddi isə 15.5% müəyyən edilib.
Ötən gün Bloomberg agentliyi məlumat yaydı ki, TCMB ixracatçıları bir yerə yığaraq onların əldə etdikləri valyutanın daxili bazarda 25% deyil, 40%-nin konvertasiya olunmasını məcburi edəcək.
Hazırda ölkədə 61.14% inflyasiya var. Bunlara rəğmən, Mərkəzi Bank faizləri yuxarı qaldırmaqdan çəkinir. Onlar “yüksək faiz, yüksək inflyasiya” gətirir düşüncəsi ilə faizləri aşağıda saxlamaqla iqtisadiyyata daha çox xeyrli olacağını düşünürlər.