14 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2003021022 dövlət qeydiyyat nömrəli, 2 mln. manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilmişdir.
İstiqrazın illik faiz dərəcəsi 14 %, faiz ödənişləri isə ayda bir dəfə olmaqla investorlara ödənilir.
Hərrac qiyməti 1,000.00 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 06.10.2023-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.