2022-ci il aprel ayının 1-nə işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16.4% artaraq 35.3 mln. manat olub, proqnoz 112.3% icra edilib.
Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18.1% artaraq 25.7 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 122.5% icra olunub.