13 C
Baku
Tuesday, May 7, 2024

Qurbanqulu Berdiməhəmmədov TDT-nin Ağsaqqallar Şurasına üzv olub

Türkmənistanın sabiq prezidenti və Milli Şuranın sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına üzv olub.

“TRT Avaz” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Katibliyindən bildirilib.

“Katiblik Qurbanqulu Berdiməhəmmədovun üzvlüyündən şərəf duyur, alicənab müdrikliyi, təcrübəsi və biliyi ilə Ağsaqqallar Şurasının potensialını daha da zənginləşdirəcək”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, Türkmənistan Türk Dövlətləri Təşkilatına yalnız ötən il müşahidəçi üzv olaraq qatılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər