10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Gürcüstanla aksiz vergisini bərabərləşdirir?

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Bu barədə M.Cabbarov tvitter səhifəsində yazıb.

“Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ölkələrimiz arasında ticarət əlaqələrinin genişdirilməsi, investisiya sahəsində əməkdaşlığın inkişafı, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi apardıq”, – M.Cabbarov yazıb.

 

 

Son xəbərlər
Digər xəbərlər