14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın daxili borclanması ÜDM-nin 2.6 %-i qədərdir”

Bu ilin I rübünün yekununda Azərbaycanın daxili dövlət borcu 2,6 milyard manat təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,6%-i qədərdir.

Bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.

Bundan başqa, onun sözlərinə görə, bu ayın əvvəlinə Azərbaycanın xarici dövlət borcu isə 7,4 milyard ABŞ dolları olub, bu isə ÜDM-in 12,5%-ni təşkil edib.

“Bu göstəricilər region ölkələrinin əksəriyyəti ilə müqayisədə aşağıdır. Hazırda Azərbaycanın dövlət borcunun ÜDM-nə nisbəti 15%-dən bir qədər çoxdur. Bundan başqa, Azərbaycanın verdiyi dövlət zəmanətlərinin məcmu dəyəri 1,8 milyard manatdır. Bu isə ÜDM-in 1,6%-nə bərabərdir. Bunu nəzərə alsaq dövlət borcumuzun ÜDM-ə nisbəti 17%-dən bir qədər azdır”, – deyə A.Mursaqulov qeyd edib.

Nazirlik rəsmisi dövlət borcunun strukturu barədə də danışıb: “Xarici dövlət borcu beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kifayət qədər uzun müddətli borclardır. Onların orta ödəniş müddəti 7-8 ildir. Daxili borclarımızda müddətlər qısadır. Ancaq yenə də orta ödəniş müddəti 2 ili üstələyir. Bu gün bizim kifayət qədər ehtiyyatlarımız və daxili resurslarımız var. Amma bunla yanaşı bəzi hallarda layihələrə xaricdən borc da cəlb edə bilirik. Burada balansı müəyyən etmək lazımdır ki, bu da hər bir ölkənin makro-iqtisadi fundamentallarıma əsasən tənzimlənir”.

 

 

Son xəbərlər
Digər xəbərlər