10 C
Baku
Wednesday, December 11, 2024

İşləyən pensiyaçıların pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanacaq

Pensiyaçı işləməyə davam edirsə, 6 il iş dövrünün tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının məbləğinin həmin dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən avtomatik qaydada yenidən hesablanması təmin ediləcək.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla da, pensiyanın yenidən hesablanması onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq.

Bu zaman istisna hal olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həyata keçiriləcək.

Beləliklə, pensiyanın hesablanmasının avtomatlaşdırılmasını nəzərdə tutan dəyişikliyin qəbulundan sonra da yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödəniləcək və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdiriləcək. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası sadəcə, avtomatlaşdırılımış qaydada (əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında istisna olmaqla) yenidən hesablanacaq. Bu zaman hazırda qüvvədə olan qanunda olduğu kimi sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər