6 C
Baku
Sunday, December 15, 2024

Neft tədarükü ilə bağlı “qorxular” qiymətləri yenidən $115-ə çatdırır

BANKER.AZ/ Dünyada tədarüklə bağlı qorxuların artması, Ukraynada böhranın dərinləşməsi Qərbin ikinci ən böyük ixracatçı Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq etməsi perspektivini artırması ilə neft qiymətləri həftənin ilk iş günü təxminən üç həftənin ən yüksək səviyyəsinə qalxıb.

Brent fyuçersləri $1.09, yaxud 1% bahalaşaraq 1 barel üçün $112.79 olub, sessiyanın əvvəlində martın 30-dan bu yana ən yüksək həddi 113.80 dollara çatıb. WTI əmtəə birjalarının fyuçersləri $1, yaxud 0.9% artaraq 107.95 dollar/barelə yüksələrək 108.55 dollara çatıb ki, bu da martın 30-dan bəri ən yüksək göstəricidir. Spotla ticarət olunan Brentin dəyər isə $114.65-ə qədər bahalaşıb.

Pasxa ilə əlaqəli tətillər ərəfəsində, Aİ-nin Rusiya neftinin idxalına qadağa qoya biləcəyi xəbəri ilə cümə axşamı hər iki fyuçers 2.5%-dən çox qazandı.

Aİ hökumətləri keçən həftə blokun icra hakimiyyətinin Rusiya xam neftini qadağan etmək üçün təkliflər hazırladığını bildidi, lakin diplomatlar Almaniyanın “təcili embarqonu” aktiv şəkildə dəstəkləmədiyini söylədi.

Bu şərhlər həftə sonu Ukrayna böhranında gərginliyin artması, Ukrayna əsgərlərinin bazar günü yerlə bir edilmiş Mariupol limanında Rusiyanın silahı yerə qoyması ultimatumuna müqavimət göstərməmişdən əvvəl səslənib. Ukraynadakı hərəkətlərini “xüsusi əməliyyat” adlandıran Moskva qüvvələrinin demək olar ki, şəhəri tamamilə ələ keçirdiyini bildirib.

Ekspertlər düşünür ki, Rusiya və Ukrayna arasında atəşkəs əlaməti olmadan davam edən müharibə, xüsusən də şimal yarımkürəsində sürücülük mövsümü yaxınlaşdıqca tələbatın artacağı gözlənildiyi üçün tədarük zənciri ilə bağlı qorxularını artırıb.

Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq etmişdi ki, təqribən günlük ifadədə 3 milyon barrel Rusiya nefti may ayından etibarən sanksiyalar və ya alıcıların könüllü olaraq Rusiya yüklərindən yayınması səbəbindən bağlana bilər. Bu da Rusiya üçün təchizatın iki dəfə azalması anlamına gəlir.

Rusiyada hakimiyyətə yaxın olan “Interfax” xəbər agentliyinin cümə günü verdiyi xəbərə görə, Rusiya neft hasilatı aprel ayında azalmağa davam edib, martdan ayın birinci yarısında 7.5% azalıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC və Rusiyanın da daxil olduğu OPEC+ kimi tanınan qrupdakı müttəfiqləri, tədarükün artırılması üçün əvvəllər razılaşdırılmış saziş çərçivəsində hasilatı daha sürətlə artırmaq üçün Qərbin təzyiqlərini rədd etdilər.

Ötən həftə OPEC-in hesabatında OPEC-in mart ayında hasilatı sutkada cəmi 57 000 barel artaraq 28.56 milyon barelə çataraq, OPEC+ razılaşması çərçivəsində OPEC-in icazə verdiyi gündəlik 253 000 barel artımdan az olduğu ortaya çıxıb.

Son xəbərlər
Digər xəbərlər