2022-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 38 milyon 822 min dollar dəyərində 31 min 763 ton pomidor ixrac edilib.
Banker.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2021-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 21 milyon 260 min dollar dəyərində 19 min 516 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 83% və ya 1.8 dəfə, miqdar ifadəsilə 1.6 dəfə artıb.
2022-ci ilin mart ayında Azərbaycandan 14 milyon 305 min dollar dəyərində 11 min 377 ton pomidor ixrac edilmişdi.