11 C
Baku
Monday, September 30, 2024

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 8.2% artıb

Bu ilinyanvar-mart ayları ərzində 73 346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk rübü ilə müqayisədə 8.2% çoxdur. Rüblük göstəricinin 17 979-u (24,5 %-i) ilkin, 55.367-si (75.5%-i) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10 837-si fərdi yaşayış və bağ evi, 19 253-ü mənzil, 40 572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1 649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü  isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19 776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

2022-ci ilin ilk rübü ərzində 3 712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 10.9% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı

Son xəbərlər
Digər xəbərlər