14 C
Baku
Saturday, November 23, 2024

“Suraxanı Maşınqayırma Zavodu”nun ötən il mənfəəti azalıb

“Suraxanı Maşınqayırma Zavodu” ASC 2021-ci ili 284 min 80 manat mənfəətlə başa vurub. 2020-ci ildə zavodun mənfəəti 352 min 439 manat olub ki, bu da illik müqayisədə 19.4% azalmadır.

Banker.az bu barədə zavodun maliyyə hesabatına istinadən xəbər verir.

XƏRCLƏRİ ARTIB

2021-ci ildə “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin əsas əməliyyat gəlirləri 5 milyon 789 min manat (əvvəlki ilə nisbətən 40% çox), sair xərcləri 965 min manat (əvvəlki ilə nisbətən 9.4% çox) təşkil edib.

KAPİTALI AZALIB

Ötən il “Suraxanı Maşınqayırma Zavodu”nun cəmi aktivləri 9 milyon 901 min manat olub ki, bu da illik müqayisədə 62% artması deməkdir. ASC-nin cəmi öhdəlikləri 4.5 dəfə artaraq 4 milyon 905 min manat, kapitalı isə 0.6% azalaraq 4 milyon 996 min manat olub.

Qeyd edək ki, “Suraxanı Maşınqayırma Zavodu” əsasən neft quyuları üçün dərinlik nasosları, müxtəlif növ neft-mədən avadanlıqları və ehtiyat hissələri istehsal edir.

 

Son xəbərlər
Digər xəbərlər