17 C
Baku
Friday, October 18, 2024

Belarus taxta materialları tədarükü üçün Azərbaycanı alternativ bazar hesab edib

Sanksiyalar fonunda Belarus taxta materiallarının tədarükü üçün alternativ bazarlar axtarışındadır.

Əgər əvvəllər Avropa bazarı daha marjinal hesab olunurdusa, hazırda alternativ bazarlar qismində Azərbaycan, İran və Mərkəzi Asiya ölkələri çıxış edə bilərlər. Belarus məhz bu ölkələrə məhsulu yönləndirmək niyyətindədir.

Belarus hökumətinin məlumatına görə, 2021-ci ildə Avropa İttifaqına taxta məhsullarının ixracı 3,2 mlrd. ABŞ dolları təşkil edib. “Bellesbuprom” konserni məhsullarının 40%-ni məhz Avropaya tədarük edirdi. Lakin bu ilin mart ayının əvvəlində Avropa İttifaqı Belarusun ağac emalına qarşı sanksiyalar tətbiq etdi. Söhbət taxta-şalban, briket, yanacaq qranulları, faner, müxtəlif taxta lövhələr və digər mallardan gedir.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər