Fransa Avropa İttifaqı (Aİ) ölkələrini Rusiya neftinə qarşı embarqo tətbiq etməyə inandırmağa çalışır.
Bu barədə Fransanın iqtisadiyyat və maliyyə nazri Bruno Le Mer bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna ətrafında cərəyan edən hadisələr şəraitində xüsusilə zəruridir, belə ki, neft tədarükünün dayanması hərbi əməliyyatların maliyyələşdirilməsinə təsir edəcək.
Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da Rusiyadan Aİ ölkələrinə neft və kömürün tədarükünün məhdudlaşdırılmasına tərəfdar çıxış etmişdi.