Yaponiya parlamentinin yuxarı palatası ölkə qanunvericiliyinə düzəlişləri səs çoxluğu ilə təsdiqləyib.
Düzəlişlər Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiya əleyhinə iqtisadi sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.
Daha əvvəl bu addımı aparıcı aşağı palatanın deputatları da dəstəkləyib. Beləliklə, düzəlişlər Yaponiya parlamentində tamamilə təsdiqlənib.
Deputatlar Xarici valyuta haqqında Qanuna düzəlişləri də dəstəkləyiblər. Bu, Rusiyaya qarşı sanksiya rejimində, o cümlədən, kriptovalyuta sarıdan boşluqlara yol verməmək üçündür. Valyuta tənzimləməsi sahəsində Yaponiya qanunvericiliyi banklardan tələb edir ki, pul köçürmələrini alanların sanksiyalar altında olmadıqlarını təsdiqləsin.
Lakin bu, kriptovalyuta ilə məşğul olan şirkətlərə şamil edilməyib. Dəyişikliklərdən sonra tədbirlər bu firmaları da əhatəyə alacaq.
Yaponiya parlamenti Rusiyanın ticarətdə daha çox kömək olunan millətlər statusundan məhrum edilməsi ilə əlaqədar tariflərin müvəqqəti qaldırılmasını dəstəkləyib. Qiymət artımı ən azı gələn ilin aprelinədək qüvvədə olacaq.