“Hesablama Palatası haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunub
Bu barədə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Sənəddə bildirilib ki, dövlət büdcəsinin icrası ilə bağlı sənədlərin parlamentdə müzakirəsini tənzimləyən qanunvericilik müddəalarının təkmil beynəlxalq təcrübələrə uyğunlaşdırılması məqsədilə “Hesablama Palatası haqqında” qanunun təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb və Milli Məclisə təqdim edilib.