13 C
Baku
Saturday, November 23, 2024

Oğurlanan Apple qulaqlığı rus qoşunlarının yerini aşkara çıxardı – Foto

Rus əsgərinin ukraynalı şəxsin evindən oğurladığı simsiz qulaqlıqlar ona baha başa gəlib. Qulaqlığı telefona qoşulu olub işləyən şəxs rus qoşunlarının mövqeyini addım-addım bölüşüb.

Müharibə zamanı Vitaliy Semenetsin Kiyevdəki evindən Apple simsiz qulaqlığı oğurlanıb. Semenets onu rus qüvvələrinin oğurladığını düşünüb və qulaqlıqlarını Apple şirkətinin “Telefonumu tap” tətbiqindən axtarıb. Kiyevin Hostomel şəhərindən 880 km məsafədə qulaqcığını izləyən Semenets qulaqcıqlarının Belarus sərhəddindən Qomel şəhərinə qədər irəliləyişini onlayn xəritədə anbaan paylaşıb. Semenets İnstaqramda yazıb: “Texnologiya sayəsində mən AirPod-larımın harada olduğunu bilirəm. Onları rus orkları (“Üzüklərin Hökmdarı”nda canavar irqi) Hostomeldəki evimi qarət edərkən oğurlayıblar”.

Banker.az xəbər verir ki, xəritədə qulaqlıqların irəliləməsi Rusiyanın Donbas bölgəsinə hücum etmək üçün əsgər toplaması ilə bağlı iddiaları da təsdiqləyib.

photo 2022 04 20 12 26 47

Son xəbərlər
Digər xəbərlər