Bu ilin ilk rübündə sənaye zonaları tərəfindən 662,7 milyon manat dəyərində məhsul satılıb və bu məbləğin 304,1 milyon manatı ixracın payına düşüb. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 81,4%, ixrac isə 153,2% artıb.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.