11 C
Baku
Monday, November 25, 2024

Lavrov: “Rusiya-Ukrayna danışıqları ləng gedir”

Rusiya-Ukrayna danışıqları ləng gedir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin bəyanatları belə bir fikir yaradır ki, Kiyev hakimiyyəti Rusiya Federasiyası ilə danışıqlara ehtiyac duymur və onlar öz taleyinə boyun əyiblər.

Lavrov həmçinin bildirib ki, Kiyev Rusiyanın ona təqdim etdiyi təkliflərə cavab verməmək qərarına gəldikdən sonra Ukrayna ilə danışıqlar dayanıb:

“Zelenski Rusiya Federasiyası ilə danışıqları və Azovstaldakı hərbçilərin vəziyyətini əlaqələndirərək, söhbətin nədən getdiyini başa düşmür”.

Lavrovun sözlərinə görə, Rusiya Ukraynadan da daxil olmaqla heç bir ultimatumlara dözməyəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər