“Şuşanın girişində, Daşaltı kəndində turizm kompleksləri tikiləcək”.
Bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Aydın Kərimov deyib ki, artıq turizm komplekslərinin tikintisinə başlanıb: “Bu turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Bu komplekslər Şuşanın turizm potensialına xüsusi töhfə verəcək”.