Rusiya-Ukrayna müharibəsinin Azərbaycana turist axınına necə təsir edəcəyinə aydınlıq gətirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, postsovet məkanında son dövrlərdə baş verən geosiyasi hadisələr fonunda turistlərin səfər istiqamətlərində dəyişiklik olması mümkündür.
“Rusiyalı turistlərin də Azərbaycana səfərləri üzrə daha dəqiq proqnozları hadisələrin gedişatından asılı olaraq vermək mümkün olacaq. Ümumilikdə bu il ölkəyə gələn turistlərin sayında artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu artımın 50% olacağı proqnozlaşıdırılsa da, regionda baş verən geosiyasi hadisələr fonunda yenidən qiymətləndirmələrə ehtiyac yarana bilər. İstənilən halda ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayının artması, müvafiq olaraq gəlirlərdə də artıma səbəb olacaq” – deyə qeyd olunub.