10 C
Baku
Thursday, December 12, 2024

Gəncədə restoran sanitar-gigiyenik normalara uyğun deyil – Sahibi cərimələndi

Gəncə şəhəri, Atatürk prospekti, ev 226A ünvanında  fəaliyyət göstərən, fiziki şəxs Mehmet Halis Ayaza məxsus “Osmanlı” restoranında planlı yoxlama keçirilib.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, yoxlama zamanı mal qonşuluğu prinsipinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar olunub.

AQTA-dan bildirilir ki, faktla bağlı icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

1650

Son xəbərlər
Digər xəbərlər