Bakıda 2012-ci ildən çoxməqsədli idman-konsert kompleksi kimi inşa edilmiş və dövlətə məxsus olan Bakı Kristal Zalı (Baku Crystal Hall) 2021-ci ildə əsas əməliyyat gəlirləri kəskin azalıb.
Bu barədə Banker.az “Bakı Kristal Zalı” MMC-nin illik maliyyə hesabatına istinadən xəbər verir.
Şirkət 2020-ci il ərzində 2 980 min manatlıq əsas əməliyyat gəliri əldə etdiyi halda, 2021-ci ildə 131 min manata qədər azalıb. Lakin şirkətin hesabatında qeyd edilmiş “digər gəlirlər” 2 900 min manat təşkil edib – hansı ki bu 2020-ci il hesabatında sıfırdır – bu da şirkətin cəmi əməliyyat gəlirlərini 3 035 min manata qaldırıb.
“Baku Crystal Hall”un ümumi xərcəri isə 2 999 min manat (2020: 9 min manat) olduğundan onun 36 min manatlıq əməliyyat mənfəəti etməsinə səbəb olub.
MƏNFƏƏT ETSƏ DƏ BALANSINDA BÖYÜK ZƏRƏR MÖVCUDDUR
7 min manat mənfəət vergisi (20%) xərcindən sonra xalis mənfəəti 29 min manat təşkil etmişdir. 2020-ci il üzrə isə cəmi 7 min manat idi.
Bu faktda qeyd edilməlidir ki, şirkət balansındakı 2022-ci ilin əvvəli bu rəqəm 17 511 min manatlıq zərər qeyd edilmişdi.