Finlandiya mayın 12-də NATO-ya üzvlüklə bağlı qərar qəbul edəcək.
Bu barədə yerli “Iltalehti” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Prezident Sauli Niinistö ölkəsinin NATO-ya qəbul olmasını dəstəklədiyini bəyan edəcək. Daha sonra parlament hərbi alyansa üzvlüklə bağlı ərizə verməli olduğunu açıqlayacaq. Ölkənin Baş naziri Saana Marinin də Finlandiyanın NATO-ya üzvlüyə tərəfdar olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl NATO-ya üzvlüklə bağlı qərarın mayın 14-ü qəbul ediləcəyi bildirilirdi.