Lisa Cook ( Liza Kuk) tarixdə ilk dəfə afro-amerikalı qadın ABŞ-ın Federal Ehtiyat Sistemində (FED) vəzifəyə təsdiqlənib.
Bu barədə Bankee.az NBCnews-a istinadən xəbər verir.
ABŞ Senatı onu FED-in İdarə Heyətinə fəaliyyətini təsdiqləyib.
Liza Kukun təsdiqi 51 nəfərin 50 səsə qarşı cüzi səs çoxluğu ilə reallaşıb, vitse-prezident Kamala Harris isə həlledici səs verib.
Hazırda FED-in rəhbəri vəzifəsini Cerom Pauell icra edir. Onun səlahiyyət müddəti fevralda başa çatıb və mart ayında Senatın Bank Komitəsi tərəfindən yekdilliklə səsvermə ilə növbəti dəfə bu vəzifəyə təsdiqlənib.