7 C
Baku
Thursday, December 12, 2024

Çin Mərkəzi Bankı yuanı dollara nisbətdə minimuma endirib

Çin Xalq Bankı milli valyutanın məzənnəsini dollara nisbətdə 156 bənd ucuzlaşdıraraq 6.7290 yuana endirib. Bu, 16 oktyabr 2020-ci il tarixindən bəri minimum göstərici olub. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, ardıcıl olaraq dörd gündür ki, yuan zəifləməyə davam edir.

2020-ci ildə yuan koronavirus səbəbindən bir neçə ay dollar qarşısında dəyər itirərək, may ayına qədər 2008-ci ilin fevralından bəri ən aşağı səviyyəyə (7.1316 yuan/dollar) düşüb. Daha sonra Çin valyutası möhkəmlənməyə başlayıb və 2021-ci ildə 6.35-6.57 yuan/dollar səviyyəsində olub. 2022-ci ilin aprel ayında yuan dollara nisbətdə 681 baza bəndi azalaraq 2015-ci ildən bəri ən böyük eniş göstərib.

Son xəbərlər
Digər xəbərlər