8 C
Baku
Thursday, November 28, 2024

“Azərkosmos”un sədrinə müavin təyin edilib

“Azərkosmos”un İdarə Heyətində təyinat olub.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Fuad Aslanov Rəqəmsal inkişaf və nəqliyyat nazirinin əmrinə əsasən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos-un İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. Nazir bu əmri 30 mart 2022-ci il tarixdə imzalayıb.

O, 2020-2022-ci illərdə Azərkosmosun Biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb. 2018-2020-ci illərdə “Azərkosmos”un Marketinq departamentinin direktoru vəzifəsində işləyib. 2017-2018-ci illərdə “Azərkosmos”un Satış və biznes əməliyyatları departamentinin direktoru vəzifəsində işləyib. 2015-2017-ci illərdə “Azərkosmosda Marketinq və biznesin inkişafı üzrə menecer vəzifəsində işləyib. 2010-2014-cü illərdə “Azercell” MMC-də Biznesin təhlili, qiymətləndirmə və pərakəndə satışın təşkili departamentində mütəxəssir vəzifəsində işləyib. Həmçinin məlumat bazalarının təhlili, müştəri məlumatları və davranışlarının idarə edilməsi və tətbiqi, və digər seqmentasiya, proqnozlaşdırma modelləri üzrə layihələrdə çalışıb. Fuad Aslanov Telia Sonera Avrasiya analitik təcrübə mübadiləsi platforması və Telia Sonera beynəlxaq istedadlar qrupunun üzvü olub. 2002-2006-ci illərdə Bakı Dövlət Universitetində İqtisadı Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2006-2008-ci illərdə İqtisadiyyat ixtisası üzrə Macarıstandakı Mərkəzi Avropa Universitetində magistr dərəcəsini almış, daha sonra 2013-cu ildə İsvecdəki KTH Royal Texnoloqiya İnstitutunun Biznes və kommunikasiya texnologiyaları ixtisası üzrə Mini-MBA dərəcəsinə yiyələnib.

 

Son xəbərlər
Digər xəbərlər