6 C
Baku
Thursday, November 7, 2024

7 enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib

Aprel ayı ərzində 24 tikinti obyektinin enerji təchizat layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.

Bu barədə Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) yaydığı məlumatda qeyd edilir.

Qeyd edilən dövrdə enerji təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 7 enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 18 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

247 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb. Qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 14 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib. 47 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 5 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 11 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 70 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 53 nəzarət tədbiri keçirilib.

Son xəbərlər
Digər xəbərlər