11 C
Baku
Monday, November 18, 2024

Rayonlarda kirayə evlərin qiyməti bahalaşır

Yay fəsli yaxınlaşdıqca rayonlarda kirayə evlərə tələbat da artır. Bu isə həmin ərazilərdə kirayə evlərin qiymətində artıma səbəb olur.

Məsələ ilə bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yaya doğru turizm potensialına malik rayonlarda kirayə mənzillərin bahalaşması qaçılmaz olacaq.

Onun sözlərinə görə, hər il öncəki illə müqayisədə turizm bölgələrinə turist axını artır:

“Bəzi turistik rayonlarda hotellərin sayı azdır. Belə hallar fərdi evlərin günlük kirayə qiymətlərinin artmasına səbəb olur”.

R.Osmanlı qeyd edib ki, yerli və xarici turistlərin ən çox üz tutduğu Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Quba-Xaçmaz və respublikanın cənub rayonlarıdır:

“Hazırda həmin rayonların kəndlərində kirayə verilən ikiotaqlı, orta şəraiti olan evin günlük qiyməti 40 manatdan başlayır. Yay aylarında isə bu qiymətlər bahalaşır. 50 manata ev tapmaq belə mümkün olmur. Həmin bölgələrdə elə evlər var ki, onların günlük qiyməti şəraitindən aslı olaraq 300 manatdan başlayır. Qiymətlərə təsir edən əsas amillərdən biri də həmin rayonların paytaxta nə qədər yaxın olmasıdır”, – deyə o əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər