5 C
Baku
Thursday, January 1, 2026

Finlandiyanın “Fortum” şirkəti Rusiyadan çıxır

Finlandiyanın energetika şirkəti olan “Fortum” Rusiyada fəaliyyətini dayandırmağa və biznesini satmağa qərar verib. Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında deyilir.

“Rusiyadakı törəmə şirkətlərimizə əvvəllər elan edilmiş investisiya və maliyyələşdirmənin dondurulmasına əlavə olaraq, biz Rusiya bazarından nəzarətli çıxışı həyata keçirmək qərarına gəldik”, – mesajda bildirilir.

Şirkət həmçinin bir sıra bərpa olunan enerji layihələrində iştirak edir.

Son xəbərlər
Digər xəbərlər