14 C
Baku
Saturday, November 23, 2024

Baydenin reytinqi növbəti minimuma düşüb

ABŞ Prezidenti Co Baydenin reytinqi daha aşağı səviyyəyə düşüb – amerikalıların yalnız 30%-i onun fəaliyyətini bəyənir, 56%-i isə narazı olduğunu bildirir. Banker.az xəbər verir ki, bunu “NBC News”un keçirdiyi sorğunun nəticəsi göstərir.

Tədqiqat mayın 5-dən 7-dək, sonra isə 9-dan 10-dək keçirilib. Ümumilikdə, sorğuda 10 min nəfər iştirak edib.

Amerikalılar inflyasiya, iqtisadiyyat və sərhəd təhlükəsizliyi məsələlərində prezidentdən narazıdırlar. Bu problemlər prezidentliyin çox hissəsi üçün Baydenə qarşı tənqidlərə səbəb olub. Sorğunun nəticələrinə görə, əhalinin yalnız 37%-i Co Baydenə müsbət münasibət bəsləyir.

“CNN”in məlumatına əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın müvafiq seqmentdə etimad reytinqi daha yüksək olub – 42%.

Co Bayden aprelin 30-da Ağ Ev Müxbirlər Assosiasiyasında keçirilən ənənəvi illik qəbulda aşağı reytinqi ilə bağlı zarafat da edib. Siyasətçinin sözlərinə görə, o, onu alqışlayan 42% amerikalıya təşəkkürünü bildirib.

Son xəbərlər
Digər xəbərlər