Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri Moskvada çoxtərəfli sənəd imzalayacaq.
KTMT liderlərinin bu gün keçiriləcək iclasında həmçinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatı yayımlanacaq.
İclasda liderlərin bioloji təhlükəsizlik məsələlərinə ayrıca diqqət ayıracağı, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla, yeni çağırışlara qarşı birgə fəaliyyət məsələlərini müzakirə olunacağı bildirilib.