Şotlandiya müstəqillik qazanacağı təqdirdə NATO-ya üzv olmağa çalışacaq. Bu barədə Şotlandiyanın Birinci naziri Nikola Stercen bildirib.
“Mənim rəhbərlik etdiyim partiya – Şotlandiya Milli Partiyası 2012-ci ildə qərara gəldi ki, Şotlandiya müstəqil olsa, NATO-ya üzv olmağa çalışacaq”, – deyə Stercen Vaşinqtonda Brukinqs İnstitutunda çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, NATO-ya üzvlük “müstəqil Şotlandiyanın təhlükəsizlik siyasətinin təməl daşı olacaq”.