26 C
Baku
Wednesday, October 2, 2024

Avropa Komissiyası Rusiyadan enerji təchizatının dayandırılması planını təqdim edib

Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan enerji təchizatının mərhələli şəkildə dayandırılması planını təqdim edib. Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Plana üç sahə daxildir:

– digər ölkələrdən qaz idxalı,

– bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi,

– enerjiyə qənaət etmək üçün səylərin gücləndirilməsi.

Digər ölkələrdən qaz idxalını artırmaq planının bir hissəsi Misir, İsrail və Nigeriya kimi ölkələrdən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılması imkanıdır.

Eyni zamanda Avropa Komissiyası Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna qədər Rusiyadan neft almağa icazə verməyi təklif edib.

Son xəbərlər
Digər xəbərlər